Yunker: “Avropa İttifaqı-ABŞ münasibətləri təhlükə altındadır”

Yunker: “Avropa İttifaqı-ABŞ münasibətləri təhlükə altındadır”
01:39 12 Noyabr 2016
95 Digər
Ölkə mətbuatı
A- A+

Donald Trampın prezident seçilməsi Avropa İttifaqı-ABŞ münasibətlərini təhlükə altına qoya bilər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib.

 

“Trampın seçilməsi Avropa İttifaqı-ABŞ münasibətlərinin inkişafında problem yarada bilər. Düşünürəm ki, Avropa İttifaqı ABŞ-ın yeni prezidentinə vahid Avropanın nə olduğu və necə işlədiyini anlatmalıdır”, Lüksemburqda konfransda çıxış edən Yunker bildirib.

 

Avropa Komissiyasının sədri həmçinin qeyd edib ki, Donald Trampın NATO təhlükəsizliyi siyasətinə dair bəyanatları ciddi fəsadlar yarada bilər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR