Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İdeal oyun nümayiş etdirdik" - Maykl Onil

"İdeal oyun nümayiş etdirdik" -   Maykl Onil

Date: 12 November 2016 02:57

“Bu cür qələbədən razıyam. İdeal oyun nümayiş etdirdik. Futbolçular ilk dəqiqələrdən rəqibi təzyiqdə saxladılar və istəyimizə çatdıq”. Fanat.Az xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maykl Onil deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində öz meydanında millimizlə qarşılaşan britaniyalılar 4:0 hesablı qələbə qazanıblar.

 

Oyundan sonrakı mətbuat konfransında açıqlama verən Onil fikirlərini açıqlayıb.

 

“Kayl Laffertiyə görə sevinirəm. İlk hissədə vurduğu qolla qələbəmizin təməlini qoydu. Qələbəyə baxmayaraq daha çox işləməliyik. 4 turdan sonra 7 xalımız var. Pis başlanğıc deyil. Qarşıda çox oyun var, vəziyyət dəyişə bilər. Biz Almaniya yığması ilə qarşılaşmışıq. Azərbaycanın isə onlarla oyunu qalır. Əsas ev oyunlarında maksimum xal qazanmaqdır. Azərbaycan millisi yaxşı komandadır. Robert Prosineçki əla kollektiv qurub. Buna baxmayaraq, topa daha çox nəzarət etdik və qalib gəldik. Bu qələbə bizi arxayın salmamalıdır. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq”.

(apasport.az)




Tags:  İdeal oyun nümayiş etdirdik Maykl Onil

RƏYLƏR


Top news