Qara Qarayev: "Artıq deyiləcək bir şey yoxdur"

Qara Qarayev: "Artıq deyiləcək bir şey yoxdur"
03:07 12 Noyabr 2016
88 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ “Şimali İrlandiya bu gün ən güclü cəhətlərindən yararlandı. Standart vəziyyətlərdən üç qol vurdular. Bu da gözlənilən idi. Çünki rəqib bütün oyun taktikasını bunun üzərində qurmuşdu".
"Report"un Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri Şimali İrlandiyaya böyükhesablı məğlubiyyətdən sonra (0:4) futbol üzrə Azərbaycan millisinin üzvü Qara Qarayev deyib.
O, artıq danışılmalı bir şeyin olmadığını bilirib:
"Çoxlarının bizdən yaxşı nəticə gözlədiyini bilirdik. Amma məğlub olduq. Artıq danışılmalı bir şey yoxdur. Növbəti oyunlara hazırlaşmalıyıq. Hava şəraitini qabartmazdım. Sadəcə, Şimali İrlandiya Çexiya ilə müqayisədə standart vəziyyətlərdən daha yaxşı yararlandı. Gördüyünüz kimi, autdan bütün topları cərimə meydançasına atırdılar. İnşallah, məğlubiyyət komandada ruh düşkünlüyü yaratmaz. Bu gün komandanı dəstəkləyənlər, bizə inananlar daha çoxdur. Nə qədər istəməsək də, bəzən belə məğlubiyyətlər olur. Şimali İrlandiya yığması heç də zəif komanda deyil. Avropa çempionatının final mərhələsində çıxış ediblər. Şimali İrlandiya ilə oyuna qədər olan həvəs və istək ilə davam etməliyik. Çünki bizi qarşıda iki çətin oyun gözləyir. Almaniya və Şimali İrlandiya ilə oyunları nəzərdə tuturam. Həmin oyunlarda daha yaxşı nəticə göstərib, qrupda layiqli yer tutmalıyıq”

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qara-qarayev-artiq-danisilmali-bir-sey-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR