Bu gün DÇ-2018-in seçmə mərhələsinin A, C, E və F qruplarında növbəti oyunlar keçirilib.
Publika.az xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan millisi səfərdə Şimali İrlandiya ilə qarşılaşıb. Yığmamız seçmə mərhələdəki ilk məğlubiyyətiylə üzləşib - 0:4. Millimizin mübarizə apardığı qrupda daha iki oyun baş tutub. Lider Almaniya millisi səfərdə qrupun aşkar autsayderi San Marinonu topa tutub - 8:0. Norveç isə səfərdə Çexiyaya 1:2 hesabıyla uduzub.
Günün ən maraqla gözlənilən oyunlarından biri Fransada - Sen-Denidə baş tutub. Hərəyə 7 xalla A qrupuna başçılıq edən Fransa və İsveç münasibətlərinə aydınlıq gətiriblər. Oyunda hesabı skandinavlar açsa da, bu üstünlüklərini sonadək qoruyub saxlaya bilməyiblər. "Xoruzlar" 2:1 hesabıyla qalib gələrək, qrupda vahid liderliyə yüksəliblər.
Londonda, “Uembli” stadionunda isə iki Britaniya təmsilçisi - İngiltərə və Şotlandiya qarşılaşıb. Oyun ingilislərin 3:0 hesablı qələbəsiylə nəticələnib.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası
11 noyabr
A qrupu
Fransa - İsveç 2:1
Qol: Poqba, 58. Payet, 65 - Forsberq, 55.
C qrupu
Şimali İrlandiya - Azərbaycan 4:0
Qol: Lafferti, 27. Makauli, 40. Maklafin, 66. Brant, 83.
Çexiya - Norveç 2:1
Qol: Krmençik, 11. Zmral, 47 - Kinq, 87.
San Marino - Almaniya 0:8
Qol: Kxedira, 7. Qnabri, 9; 58. Hektor, 32; 65. Simonçini, 82-avtoqol. Folland, 85.
E qrupu
Ermənistan - Monteneqro 3:2
Qol: Qriqoryan, 50. Haroyan, 74. Qazaryan, 90+4 - Koyaşeviç, 36. Yovetiç, 38.
Danimarka - Qazaxıstan 4:1
Qol: Kornelius, 15. Eriksen, 36-pen; 90+2. Ankersen, 78 - Suyumbayev, 17.
Rumıniya - Polşa 0:3
Qol: Qrositski, 11. Levandovski, 82; 90+1-pen.
F qrupu
İngiltərə - Şotlandiya 3:0
Qol: Starric, 24. Lallana, 50. Keyhill, 61.
Malta - Sloveniya 0:1
Qol: Verbiç, 47.
Slovakiya - Litva 4:0
Qol: Nemets, 12. Kuçka, 15. Şkrtel, 36. Hamşik, 86.