İdeal oyun nümayiş etdirdik – O`Nil

İdeal oyun nümayiş etdirdik – O`Nil
04:33 12 Noyabr 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya millisi evdə yığmamızı 4:0 hesabıyla məğlub edib.

Publika.az xəbər verir ki, Şimali İrlandiyanın baş məşqçisi Maykl O`Nil oyundan sonra matçla bağlı fikirlərini bildirib:

"Bu cür qələbədən razıyam. İdeal oyun nümayiş etdirdik. Futbolçular ilk dəqiqələrdən rəqibi təzyiqdə saxladılar və istəyimizə çatdıq. Kayl Laffertiyə görə sevinirəm. İlk hissədə vurduğu qolla qələbəmizin təməlini qoydu. Qələbəyə baxmayaraq, daha çox işləməliyik. 4 turdan sonra 7 xalımız var. Pis başlanğıc deyil. Qarşıda çox oyun var, vəziyyət dəyişə bilər. Biz Almaniya yığması ilə qarşılaşmışıq. Azərbaycanın isə onlarla oyunu qalır. Əsas ev oyunlarında maksimum xal qazanmaqdır.

Azərbaycan millisi yaxşı komandadı. Robert Prosineçki əla kollektiv qurub. Buna baxmayaraq, topa daha çox nəzarət etdik və qalib gəldik. Bu qələbə bizi arxayın salmamalıdır. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/175628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR