Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bədavi Hüseynov: "Daha yaxşı oynayacağımızı düşünürdük"

Bədavi Hüseynov: "Daha yaxşı oynayacağımızı düşünürdük"

Bədavi Hüseynov: "Almaniya ilə oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşacağıq" (10 Mart 2017 11:52)
Bədavi Şüseynov: 807 gün sonra, karyerasında 2-ci dəfə (05 Mart 2017 09:37)

Tarix: 12 Noyabr 2016 05:27

Bakı. 12 noyabr. REPORT.AZ/ "Bizi çətin oyunun gözlədiyini bilirdik. Rəqibin heyətində ucaboy futbolçular çox idi. Onların "ikinci mərtəbə"dən daha çox yararlanacaqlarını bilirdik".
"Report"un Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Bədavi Hüseynov Şimali İrlandiya millisinə səfərdə 0:4 hesabı ilə uduzduqları DÇ-2018-in seçmə qrup matçından sonra deyib.
Təcrübəli müdafiəçi bildirib ki, hər 3 qolun standart vəziyyətdən buraxılması rəqibin oyun üslubunu bir daha təsdiqləyir:
"Daha yaxşı oynayacağımızı düşünürdük. Amma alınmadı. Düzü, bir qədər də həyəcanlı idik. Matça pis başlamamışdıq. Ötürmələrə üstünlük verməyə çalışırdıq. Lakin rəqib pressinq edərək, istəyimizə çatmağa imkan vermədi. Meydan da bir qədər sürüşkən idi. Bu da oyunumuza təsir göstərdi. İkinci hissədə yaxşı qol imkanımız oldu. Gedişatı dəyişəcəyimizə inam var idi. Amma alınmadı. Evə məyus dönürük. Növbəti oyunda məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq".

Teqlər:  Bədavi Hüseynov oynayacağımızı düşünürdük



RƏYLƏR


Top xəbərlər