Yeni ili Bakı Olimpiya Stadionunda keçirənlərə mənzil hədiyyəsi

Yeni ili Bakı Olimpiya Stadionunda keçirənlərə mənzil hədiyyəsi
07:03 12 Noyabr 2016
974 Şou
Ölkə mətbuatı
A- A+

Dekabrın 31-də Bakı Olimpiya Stadionunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə “ƏN Yeni İl” adlı konsert proqramı təşkil olunacağını xəbər vermişdik. Konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.

Stadionun əsas meydançasında təşkil olunacaq konsert proqramı Yeni ilə geri-sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam edəcək. Konsertə gələcək qonaqlara lotoreya vasitəsi ilə sürprizlər ediləcək. Bilet nömrəsinə görə oynanılacaq lotoreyada 1 şanslı iştirakçı AAAF Park Yaşayış Kompleksində mənzil sahibi olacaq.

Qeyd edək ki, mənzil “AAAF İnşaat” MMC tərəfindən təqdim edilir.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/175630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR