Bolqar banitsası - FOTO

Bolqar banitsası - FOTO
07:05 12 Noyabr 2016
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az bolqar banitsasının hazırlanma qaydasını təqdim edir

Bolqar mətbəxinin ən dadlı təamlarından olan banitsanı qat-qat xəmir və içlikdən hazırlayırlar. Adətən, kəsmik, yaxud pendirdən istifadə edirlər. Amma onu həmçinin qiymə, meyvə və tərəvəzlə də bişirirlər.

Tərkibi: 

500 q hazır qat-qat xəmir
300 q brınza
6 yumurta
150 q kərə yağı
200 q xama

Qat-qat xəmirin donunu açın. Bir neçə yerə bölün. Hər birini çox nazik yayın.

Pendiri əzib 4 yumurta ilə qarışdırın. Xəmirlərin üzərinə ərinmiş kərə yağı çəkib, pendirli içi bərabər yayın. Rulet kimi bükün. 
Formaya yığıb üzərinə yağ çəkin. 

Xama ilə iki yumurtanı qarışdırıb ruletlərin üzərinə bərabər yayın. Formanı əlinizlə hərəkət etdirib xama-yumurta qarışığının hər tərəfinə yayılmasına çalışın. 

180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə, qızılı rəng alanadək bişirin. 

Nuş olsun! 

resept: sovkusom.ru

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 



Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/488276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR