Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Apple texniki dəstəyi gücləndirir

Apple texniki dəstəyi gücləndirir

Date: 12 November 2016 07:12

"Apple" şirkəti "iOS" əməliyyat sistemi üçün texniki xidmətlə rabitə əlaqəsi yaratmaq məqsədi daşıyan "Support" adlı yeni əlavə istifadəyə verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, istifadəçi proqram vasitəsilə telefon və ya quraşdırılmış çat ilə "AppleCare" texniki dəstək xidməti əməkdaşı ilə "Apple Store" pərakəndə satış mağazalarında pulsuz xüsusi "Genius Bar" məsləhətlər və dəstək bölməsinə gələrək qurğunu təmirə vermək və ya digər problemləri həll etmək üçün danışa bilər. Həmçinin əlavədə texniki dəstək xidməti mütəxəssisinin istifadəçini gözləyərək vaxt itirməməsi üçün lazımi mağazanı, gəlmənin vaxtı və tarixini qeyd etmək olar.

Hazırda yalnız ABŞ-da istifadə edilən "Apple Support" əlavəsindən tezliklə digər ölkələrdə də yararlanmaq mümkün olacaq.

Milli.Az


Tags:  Apple texniki dəstəyi gücləndirir



RƏYLƏR


Top news