Dünyada hansı əməliyyat sistemi liderdir?

Dünyada hansı əməliyyat sistemi liderdir?
07:22 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

160 milyondan çox unikal istifadəçinin aktivliyini aparan "NetMarketShare" xidmətinin məlumatına əsasən, "Windows 7" əməliyyat sisteminin (ƏS) bazar payı yeni "Windows 10" ilə müqayisədə daha sürətlə artır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "NetMarketShare" xidmətinin statistikasına əsasən, 2016-cı ilin oktyabrında "Windows 10" sistemi dünyadakı kompüterlərin 22.59%-də qurulub.

"Windows 7" platformasının bazar payı oktyabrda  48.38% təşkil edib. Ən populyar əməliyyat sistemlərinin üçlüyünə ilk dəfə 8,4% göstəriciyə malik "Windows 8.1" sistemi daxil olub. 8.27% göstəriciyə malik "Windows XP" dördüncü yerə düşüb.

Yeni "Windows 10" ƏS-i tədricən öz mövqeyini möhkəmləndirməyə davam edir. "Windows 10" sisteminin dəyəri indi "Home Edition" versiyası üçün 119 dollar, "Pro" modifikasiyası üçün 200 dollar təşkil edir.

"NetMarketShare" xidmətinin 2016-cı ilin oktyabrına olan məlumatına görə, "Windows"un müxtəlif versiyaları dünyadakı masaüstü və noutbukların  91.39%-nə qurulub. "Apple OS X" əməliyyat sistemlərinin bazar payı bir ayda 6.92%-dən 6.43%-dək, "Linux"un payı isə 2.23%-dən 2.18%-dək azalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/488552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR