Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Danışılası bir şey yoxdu” – Qara Qarayev

“Danışılası bir şey yoxdu” – Qara Qarayev

Date: 12 November 2016 08:12

"Şimali İrlandiya bu gün ən güclü cəhətlərindən yararlandı. Standart vəziyyətlərdən üç qol vurdular. Bu da gözlənilən idi. Çünki rəqib bütün oyun taktikasını bunun üzərində qurmuşdu".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,bu sözləri milli komandamızın oyunçusu Qara Qarayev deyib.
 
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya ilə qarşılaşan millimiz 0:4 hesablı məğlubiyyətə üzülüb.
 
Matçdan sonra jurnalistlərə açıqlama verən Qara Qarayev oyun haqqında fikirlərini bölüşüb: "Çoxlarının bizdən yaxşı nəticə gözlədiyini bilirdik. Amma məğlub olduq. Artıq danışılası bir şey yoxdu. Növbəti oyunlara hazırlaşmalıyıq. Hava şəraitini qabartmazdım. Sadəcə, Şimali İrlandiya Çexiya ilə müqayisədə standart vəziyyətlərdən daha yaxşı yararlandı. Gördüyünüz kimi, autdan bütün topları cərimə meydançasına atırdılar. İnşallah, məğlubiyyət komandada ruh düşkünlüyü yaratmaz. Bu gün komandanı dəstəkləyənlər, bizə inananlar daha çoxdu. Nə qədər istəməsək də, bəzən belə məğlubiyyətlər olur. Rəqib heç də zəif komanda deyil. Avropa çempionatının final mərhələsində çıxış ediblər. Bu oyuna qədər olan həvəs və istək ilə davam etməliyik. Çünki bizi qarşıda iki çətin oyun gözləyir. Almaniya və Şimali İrlandiya ilə oyunları nəzərdə tuturam. Həmin oyunlarda daha yaxşı nəticə göstərib, qrupda layiqli yer tutmalıyıq"

Mili.Az


Tags:  Danışılası şey yoxdu Qara Qarayev

RƏYLƏR


Top news