Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Google Chrome”dan 2 milyard nəfər istifadə edir

“Google Chrome”dan 2 milyard nəfər istifadə edir

“Google Chrome” brauzeri “macOS” istifadəçilərinin təhlükəsizliyini təmin edəcək (07 Mart 2017 17:35)
“YouTube”dan rekord: sutkada 1 milyard saat video (02 Mart 2017 08:17)
Ən böyük valyuta ehtiyatlarına malik ölkələr – SİYAHI (18 Fevral 2017 23:27)

Tarix: 12 Noyabr 2016 08:17

"Google" şirkəti bu günlərdə bütün dünya üzrə 2 milyard istifadəçinin "Ghrome" brauzerini yüklədikləri ilə bağlı hesabatını təqdim edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu brauzer "Chromium" proqram təminatı bazası və "Brink" prosessoru üzərində tərtib edilib.

Transmilli korporasiya hazırda neçə nəfərin brauzerin masaüstü kompüter versiyasından istifadə etdiyini dəqiq bildirməyib. Ancaq bu ilin aprel ayında "Chrome"un mobil versiyası üçün bu göstərici 1 milyard nəfəri keçirdi.

"Google" bildirir ki, onun sərəncamında 7 kompüter məhsulu var ki, onlara olan tələbat da 1 milyard istifadəçini keçir. Bura "Android" əməliyyat sistemləri nəzərdə tutulmuş onlayn oyun və əlavələr mağazası olan "Google Play", əməliyyat sisteminin özü, axtarış proqramı, "Youtube" video hostinqi, "Chrome" brauzeri, "Gmail" elektron poçt xidməti və "Google Maps" kartoqrafik xidməti daxildir.

"StatCounter" şirkəti tərəfindən keçirilən tədqiqata əsasən, bu ay adıçəkilən brauzer internetə daxil olmaq üçün istifadə olunan bütün brauzerlər arasında 52 faiz paya malik olub.

Milli.Az


Teqlər:  Google Chromedan milyard nəfər istifadə edir



RƏYLƏR


Top xəbərlər