Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Obama öz layihələrinə dəstək axtarmaq üçün vida turuna çıxacaq

Obama öz layihələrinə dəstək axtarmaq üçün vida turuna çıxacaq

Date: 12 November 2016 08:22

Bakı. 12 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama dövlət başçısı vəzifəsində son xarici turu zamanı Donald Tramp haqqında danışmağa və öz layihələrinə dəstək axtarmağa hazırdır.
"Report" xəbər verir ki, bu barədə cümə günü Ağ Evdəki mənbəyə istinadən "The Associated Press" məlumat yayıb.
Məlumata görə, Obama noyabrın 14-də altı günlük xarici tur çərçivəsində Yunanıstan, AlmaniyaPeruya səfərlər edəcək. O, tur zamanı bir sıra rəsmi şəxslərlə, eləcə də Yunanıstanın baş naziri Aleksis Sipras, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Tereza Mey və Fransa prezidenti Fransua Olland ilə görüşəcək.
ABŞ lideri, eyni zamanda Peruda iqtisadi forumda iştirak edəcək, Limada Çin sədri Si Szinpin və Avstraliyanın baş naziri Malkolm Ternbull ilə görüşəcək.
Ağ Evdən bu turun prezidentin vida səfəri olacağı bildirilib.


Tags:  Obama öz layihələrinə dəstək axtarmaq vida turuna çıxacaq


RƏYLƏR


Top news