Gözdən əlillər kitab oxuya biləcək

Gözdən əlillər kitab oxuya biləcək
08:32 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Amerikalı alimlər tərəfindən hazırlanmış daşınan qurğu gözdən əlillərə kağız kitabları oxumağa imkan verir. Tədqiqatın nəticələri "ACM Transactions on Accessible Computing" jurnalında dərc edilib.
 
İndi məhdud görmə qabiliyyətinə malik insanlar yalnız Brayl şrifti ilə çap olunan kitabları oxuya bilərlər. Onlar, həmçinin elektron kitablarla tanış ola bilərlər: kitab oxumaq üçün bəzi proqramlar səs köməkçisi moduluna malikdir. Ancaq ənənəvi kağız kitabları oxumaq gözdən əlillər üçün əlçatmazdır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Merilend Universitetinin alimləri bu problemin həlli üçün "HandSight" adlı qurğu hazırlayıblar. Sözügedən cihaz tibbi zondlarda istifadə olunan 1 mm diametrə malik kameradır. "HandSight" qurğusunun tətbiqi onun kabel vasitəsilə kompüterə qoşulmasını nəzərdə tutur.
 
İstifadəçi "HandSight" qurğusu taxılmış barmağı ilə səhifəni oxuyarkən kamera tərəfindən əldə edilmiş təsvir kompüterə ötürülür və sonuncu mətni səsləndirir. Kompüter eyni zamanda barmağın vəziyyətini təhlil edir: o, səhifəyə yanlış qoyulubsa və kamera yalnız sətrin bir hissəsini görür və ya onu heç görmürsə, qurğu vibrasiya siqnallarının köməyi ilə oxucuya düzgün vəziyyəti tapmaqda kömək edəcək.
 
Qurğu 19 könüllü üzərində sınaqdan keçirilib. "HandSight" qurğusunu barmaqlarına taxmış könüllülərə məktəb dərsliyi və əyləncə jurnalından bir neçə səhifəni oxumaq təklif edilib. Nəticələr onu göstərir ki, sistem tərəfindən mətnin tanınma və səsləndirilmə sürəti dəqiqədə 63-81 söz təşkil edib. Müqayisə üçün, görmə qabiliyyətli insanın orta oxuma sürəti dəqiqədə təxminən 200 sözdür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/488559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR