Qəlbim Allahın evidir

Qəlbim Allahın evidir
08:47 12 Noyabr 2016
220 Ölkə
Ölkə mətbuatı
A- A+

Mümkündür ki, bəzən ağlayım, ancaq heç bir zaman tənha ağlamamışam.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, çünki həmişə Allah burada olmuşdur. Göz yaşlarımı pak etmişdir.
Çünki mənim qəlbim - Allahın evidir. Ola bilsin ki, bəzən yıxılım və bəzən də titrəyim. Ancaq süqut edən zaman heç bir zaman tək olmamışam. Allah var və məni ayağa qaldırmışdır.
Çünki, mənim qəlbim - Allahın evidir. Bəlkə bəzən əziyyət çəkmişəm. Ancaq heç bir zaman bu əziyyətlərimdə tək olmamışam. Allah məni bu əziyyətlərdən qurtarar.
Çünki mənim qəlbim - Allahın evidir. Sevinirəm, çünki bilirəm ki, tək deyiləm. Allah həmişə mənimlədir.
Çünki mənim qəlbim Allahın evidir.
Allahım, məni bağışla!
Allahım, məni bağışla! Çünki bəzən belə düşünmüşəm ki, Sənin vəzifən budur ki, mənə hər şeyi verəsən.
Allahım, məni bağışla! Bəzi şeyləri mənə vermədiyin üçün onun şükrünü yerinə yetirmədiyimə görə.
Allahım, məni bağışla! Çünki namaz qılan zaman hər yerdə oluram, Sənin yanında olmaqdan başqa.
Allahım, məni bağışla! Bəzən ruhsuz bir namaz qılırıam və belə düşünürəm ki, ən yaxşılarına layiqəm.
Allahım, məni bağışla! Həmişə hamı üçün vaxtım var, namaz qılmaq və Səninlə olmaqdan başqa.
Allahım, məni bağışla! Əlimi mehribanlıqla tutan və məni uçurumdan nicat verən zaman bəzən Sənə etiraz etdiyim üçün.
Allahım, məni bağışla! Çünki hər bir kəsin razılığını əldə etməyə çalışıram, ancaq Sənin razılığını həmişə əldə etməkdən qafil oluram.
Allahım, məni bağışla! Yersiz şeyləri düşünməkdən qəlbim qabar bağlamışdır və ona görə də Səni görmürəm.
Allahım, məni bağışla! Çünki bəzən unuduram ki, Sən mənim Allahım və mən isə Sənin bəndənəm!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR