Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Vəziyyət dəyişə bilər” – Maykl Onil

“Vəziyyət dəyişə bilər” – Maykl Onil

“Almaniya Azərbaycana qalib gələcək” – Maykl Onil (12 Mart 2017 17:29)
"Azərbaycanla oyunda diqqətli olmalıyıq" - Maykl Onil (12 Mart 2017 13:07)

Tarix: 12 Noyabr 2016 08:47

"Bu cür qələbədən razıyam. İdeal oyun nümayiş etdirdik. Futbolçular ilk dəqiqələrdən rəqibi təzyiqdə saxladılar və istəyimizə çatdıq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maykl Onil deyib.
 
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində öz meydanında millimizlə qarşılaşan britaniyalılar 4:0 hesablı qələbə qazanıblar.
 
Oyundan sonrakı mətbuat konfransında açıqlama verən Onil fikirlərini açıqlayıb.
 
"Kayl Laffertiyə görə sevinirəm. İlk hissədə vurduğu qolla qələbəmizin təməlini qoydu. Qələbəyə baxmayaraq daha çox işləməliyik. 4 turdan sonra 7 xalımız var. Pis başlanğıc deyil. Qarşıda çox oyun var, vəziyyət dəyişə bilər. Biz Almaniya yığması ilə qarşılaşmışıq. Azərbaycanın isə onlarla oyunu qalır. Əsas ev oyunlarında maksimum xal qazanmaqdır. Azərbaycan millisi yaxşı komandadır. Robert Prosineçki əla kollektiv qurub. Buna baxmayaraq, topa daha çox nəzarət etdik və qalib gəldik. Bu qələbə bizi arxayın salmamalıdır. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq".

Mili.Az


Teqlər:  Vəziyyət dəyişə bilər Maykl Onil



RƏYLƏR


Top xəbərlər