Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millimizin 218-cisi

Millimizin 218-cisi

Date: 12 November 2016 09:05

Azərbaycan millisinin Şimali İrlandiya ilə DÇ-2018-in seçmə oyunu bir debütlə əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Belfastın "Vindzor Park" stadionunda keçirilən qarşılaşmanın 2-ci hissəsində Ramil Şeydayevin əvəzinə meydana çıxan Dəniz Yılmaz ilk dəfə yığmamızın formasını geyinib.

İlk rəsmi matçını 1992-ci ildə keçirən Azərbaycan millisinin 24 illik tarixindəki 226 matçda 217 futbolçu meydana çıxmışdı.
 
Milliləşən türkiyəli bu siyahıda 218-ci olub. Bunadək vətəndaşlığını dəyişən 45 oyunçusu olan yığmamızdakı legionerlərin sayı da 46-ya yüksəlib.
 
Qeyd edək ki, matçın ilk hissəsi millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Milli.Az


Tags:  Millimizin 218-cisi

RƏYLƏR


Top news