Zukerberq "İlin biznesmeni" seçildi

Zukerberq "İlin biznesmeni" seçildi
09:05 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Facebook" sosial şəbəkəsinin banisi Mark Zukerberq "Fortune" jurnalının "İlin biznesmenləri" reytinqində birinci yerdə qərarlaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə jurnalın saytında məlumat verilib.
Reytinq müəlliflərinin fikrincə, dəyəri 375 milyard dollar, illik gəliri 22 milyard dollar, istifadəçi sayı isə 1,8 milyard nəfər olan "Facebook"un 32 yaşlı sahibinin uğuru göstərir ki, müasir dünya sosial şəbəkələrə daha sıx bağlanır, biznesdə isə internet şirkətləri irimiqyaslı uğurlar əldə edə bilərlər.
 
Reytinq siyahısında sonrakı yerləri "Amazon"un rəhbəri Ceff Bezos və "Ulta Beauty" kosmetika şirkətinin rəhbəri Meri Dillon tutub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/488562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR