Millimizin Şimali İrlandiya ilə DÇ-2018-in seçmə oyunu antirkordla əlamətdar olub.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında ən acınacaqlı məğlubiyyətini alıb.
0:4 hesabı ilə uduzan komandamız xorvatiyalı mütəxəssisə görmədiyi darmadağını yaşadıb. 16-cı dəfə millimizi meydana çıxaran Prosineçki ən pis halda 3 top fərqli yenilgiyə üzülmüşdü.
Bu, ötən il iyunun 7-də Serbiya ilə yoxlama matçında qeydə alınmışdı. 1:4 hesablı məğlubiyyət xorvatiyalının yığmamızda üzləşdiyi yeganə böyükhesablı məğlubiyyət idi.
Seçmə mərhələdə ilk, ümumilikdə 2-ci darmadağın Belfastda yaşanıb və daha ağır olub.
Qeyd edək ki, Prosineçki 16-cı matçda 6-cı dəfə yenilgiyə şahidlik edib.
Milli.Az