Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Facebook-dan kobud səhv - İstifadəçilərin ölüm xəbərini yaydı

Facebook-dan kobud səhv - İstifadəçilərin ölüm xəbərini yaydı

Date: 12 November 2016 09:42

Facebook sosial şəbəkəsi yüzlərlə istifadəçisinin səhifəsində səhvən ölümləri barəsində qeyd yerləşdirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Gizmodo" məlumat yayıb.

Məlumata görə, bəzi istifadəçilər qısa müddət ərzində öz səhifələrində yerləşdirilmiş ölüm xəbərini müşahidə edə biliblər. Hətta sosial şəbəkənin təsisçisi Mark Zukerberqdə sözügedən səhvin qurbanı olub.

Sosial şəbəkə rəsmiləri artıq baş verənlərə görə istifadəçilərdən üzr istəyib.

"Bu dəhşətli səhvi artıq aradan qaldırdıq", - deyə bildirilib.

Qeyd edək ki, 2004-cü il fevralın 4-də yaradılan Facebook sosial şəbəkəsinin orta aylıq auditoriyası 1,7 milyard istifadəçi təşkil edir.

Milli.Az


Tags:  Facebook-dan kobud səhv İstifadəçilərin ölüm xəbərini yaydı


RƏYLƏR


Top news