Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mikroavtobusla minik maşını toqquşdu: ölən və yaralı var

Mikroavtobusla minik maşını toqquşdu: ölən və yaralı var

Date: 12 November 2016 10:17

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 8.40 radələrində Ələt-Astara magistralının rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
RAF markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. Güclü zərbədən "Mercedes"in sərnişini, Astara rayonunun Kijəbə qəsəbə sakini Rövşən Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Minik avtomobilinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşını ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırmalara başlanıb.

Milli.Az


Tags:  Mikroavtobusla minik maşını toqquşdu ölən yaralı var

RƏYLƏR


Top news