İkinci əl kombilər, "5 minutka"lar - QİYMƏTLƏR NECƏDİR?

İkinci əl kombilər, "5 minutka"lar - QİYMƏTLƏR NECƏDİR?
10:24 12 Noyabr 2016
196 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxt restoranlarıda iftar menyusu: Qiymətlər necədir? - VİDEO (29 May 2017 21:12)

Havalar yavaş-yavaş soyumağa başlayır. Məhz buna görə də istilik sistemlərinə tələbat da artır. Bəs onların hazırkı qiymətləri necədir? Əhalinin cibinə uyğundurmu?
 
Qiymətlərlə maraqlanmaq üçün üz tutduq 8-ci km bazarındakı istilik sistemləri satılan mağazalara.
 
İlk olaraq son zamanlar daha çox istifadə olunan qızdırıcı qurğuların - kombilərin qiyməti ilə maraqlandıq. Satıcılar deyir ki, əvvəllər 500 manatdan başlayan qiymətlər hazırda 700 manatdan başlayır. Satıcı Yaşar Abbasovun sözlərinə görə, onların mağazalarında Polşa, Türkiyə, Çexiya,  İtaliya və  Çindən gətirilən məhsullar çoxdur. Ancaq tələbat daha çox Çindən gətirilən kombilərədir. Səbəb isə qiymətinin digərlərinə nisbətən ucuz olmasıdır:
 
"Keçən illə müqayisədə qiymətlərdə 200-250 manat fərq var. Keçən il Çexiya, Polşa, İtaliya mallarına üstünlük verirdilər. Bu il qiymət fərqinə görə Çin malına tələbat daha çoxdur.  Kombilərin qiyməti 600 manatdan 1800 manata kimidir. Çin malı daha ucuzdur. 600 manata, 700-750 manata kimi dəyişən qiymətlərlə satılır".
 
Hazırda tələbatın aşağı səviyyədə olduğunu deyən satıcının sözlərinə görə, əvvəllər  günə 3-4 kombi satırdısa, hazırda yalnız 1 kombi sata bilir. 
 
Bundan başqa İran istehsalı qaz sobaları var ki, ölçülərinə görə qiymətləri də dəyişir. Bu sobaların qiyməti 320 manatdan başlayır. El arasında "5 minutka" adlanan, qazla işləyən su qızdırıcılarının qiyməti isə 120-150 manat arasında dəyişir.
 
Bir çoxlarının yenisini almağa imkanı olmadığı üçün, ikinci əl məhsullara üstünlük verir. Bu işlə məşğul olan satıcılar deyir ki, işlənmiş  məhsullara tələbat az deyil:
 
"Elələri var artıq neçə illərdir işlədir, artıq yenisini almaq istəyir, gedir yenisini alıb istifadə edir. Köhnəni də gətirir bizə, əgər xarab olan yeri varsa,  təmir edirik, 300-400 manata satırıq. İndi yeni Çin istehsalı olan kombilər 600-700 manata da var. Köhnə buraxılışlardan İtaliya, Fransa, Polşa mallarının işlənmişlərinin satışı bazarda var. Gəlib soruşurlar, qiyməti deyirik 400-450 manatadır. Deyirlər ki, təzəsi 500 manatdır, niyə ikinci əl kombiyə 400-450 manat verək? Amma dərk eləmir ki, o qiymətə təzə kombi Çin istehsalıdır. Onun keyfiyyəti 400 manatlığın keyfiyyəti ilə eyni deyil. Sistemin özü də onun kimi deyil. Bu ikinci əlin orijinal 400 manatlıqlarının qiyməti mağazada 1800-2000  manatdır, ikinci əl satılanların yeni buraxılışıdır".
 
Müsahibimiz deyir ki, satılan mallara zəmanət də verilir. Aparıb evlərə qoşulur, işlək vəziyyətdə təhvil verilir. Sonradan problem çıxarsa, geri götürülür.
 
İran istehsalı sobaların isə qiyməti ölçülərinə görə dəyişir. İkinci əl məhsulların qiyməti 200 manatdan başlayır:
 
"Biz İran sobalarını daha çox yayda alırıq. Görürsən, imkanlı şəxslər kombi alır, buna ehtiyacı olmur, ona görə də satırlar. Biz də yayda alır, qışda satırıq. Balacaların yenisi 320 manatdır, biz veririk 180-210 manata. Elələri var imkanı olmur, gəlib işlənmişi alır. Balaca sistemlərdə 40 kvadrat 180 manatdırsa, biz onu haradasa 60-80 manat aşağı veririk. Amma böyük kvadratlar da var, məsələn 100 kvadrat olanların qiymətində təxminən 100-120 manat fərq olur".
 
Müsahibimiz 22 ildir bu işlə məşğul olduğunu, heç vaxt  problemlə qarşılaşmadığını deyir. Satdığı mallara isə qarantiya verdiyini deyir:
 
"Satdığımız mala bir il qarantiya veririk. Onun hər bir şeyinə biz cavabdehik. Nə isə xarab olanda biz onu dəyişirik. Bir il ərzində problem yaranarsa, evində də olsa, gedib həll edirik. Bunların heç bir qorxusu yoxdur. Qazlar sönəndə, müştəriyə də göstəririk, özü avtomatik olaraq atır, heç bir problem yaranmır".
 
"5 minutka"nın ikinci əl satışı isə 20-50 manat arasında dəyişir:
 
"Baxır vəziyyətinə. 55 manata da var. Markasına və litrajına görə də dəyişir qiymətlər. 24-32 litrlik var. Gətirirlər, təmirə yaramırsa, qoyuruq qırağa, sonra özümüz başlayırıq təmir etməyə. Yenə satışa veririk. İnsanlar var da bəzilərinin imkanı yoxdur. Gəlir beləsini alır. Tam təmir edib veririk. Başımızla cavabdehik. Özümüz də ustayıq, gedib quraşdırırıq, təhlükəsizliyinə tam zəmanət veririk".
 
Qışda soyuqda qalmamaq üçün indidən tədarükünüzü görün. Bizdən çəkib göstərmək, sizdən isə qərar vermək qalır.  
 
Almaz Qasımova
Əjdər İbrahimov

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rumıniya yığmasının futbolçusu Bakı klubunda - FOTO

25 İyun 2017 09:39

Sumqayıtda meyvə-tərəvəz köşkü yanıb

25 İyun 2017 09:36

Dünyanın ən gözəl istirahət guşələri - VALEHEDİCİ FOTOLAR

25 İyun 2017 09:33

Yaponiyada güclü zəlzələ olub

25 İyun 2017 09:32

Abşeronda mərmər sexi yanıb

25 İyun 2017 09:29

Ərdoğan bayram namazında huşunu itirdi - TƏCİLİ YARDIM ÇAĞIRILDI

25 İyun 2017 09:24

Tramp müsəlmanları təbrik etdi

25 İyun 2017 09:17

Pakistanda tankerdə yanğın: 123 nəfər ölüb, 40 nəfər xəsarət alıb

25 İyun 2017 09:08

Bu günə olan valyuta məzənnələri -

25 İyun 2017 09:08

Abşeronda sex, Sumqayıtda köşk yandı

25 İyun 2017 09:04

SON DƏQİQƏ: Türkiyə prezidentinin halı pisləşdi

25 İyun 2017 08:58

Xalq artistinin oğlundan insanı sarsıdan SÖZLƏR - "GÖZLƏRİNDƏN YAŞ GƏLDİ"

25 İyun 2017 08:54

Bakıda yaşlı kişi küçədə bıçaqlandı

25 İyun 2017 08:43

Çaylarda sululuq səviyyəsi açıqlandı

25 İyun 2017 08:36

BƏDBƏXT HADİSƏ: 6 yaşlı qardaş 4 yaşlı bacısını qətlə yetirdi

25 İyun 2017 08:23

Bu günün hava proqnozu -

25 İyun 2017 08:20

Tarixdə acı xatirələrlə qalan FOTOLAR

25 İyun 2017 08:03

Paytaxtda 42 yaşlı kişi həyat yoldaşı tərəfindən döyülüb

25 İyun 2017 08:02

Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşir

25 İyun 2017 08:01

​Venesuelada vəziyyət nəzarətdən çıxır -

25 İyun 2017 07:35

Yaponiyada zəlzələ baş verdi

25 İyun 2017 07:33

Türk rəssamın fantastik kollajları - FOTO

25 İyun 2017 07:32

Mosulda güclü partlayış olub: 12 ölü, 20 yaralı

25 İyun 2017 07:29

Yaponiya silkələndi

25 İyun 2017 07:09

Boksçu məşq zalından çıxarkən güllələndi

25 İyun 2017 06:53

İnterpolun rəhbəri dünya üçün 3 əsas təhdidi açıqladı

25 İyun 2017 06:39

Əsl evlərə bənzəyən kağız binalar - FOTO

25 İyun 2017 06:32

Həftə sonu istirahətinizə rəng qatacaq 10 ƏN YAXŞI RİYAZİ FİLM

25 İyun 2017 06:03

Bakıda yaşlı kişi küçədə bıçaqlanıb

25 İyun 2017 06:02

Altı yaşlı oğlan bacısını güllələdi

25 İyun 2017 05:59

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

25 İyun 2017 05:55

Pakistanda ölənlərin sayı 85-ə çatdı -

25 İyun 2017 05:51

70 yaşlı müğənni bikinili fotosunu paylaşdı

25 İyun 2017 05:44

Qırmızı işıqda keçdi, qəza törətdi - Xəsarət alanlar var - FOTO/VİDEO

25 İyun 2017 05:23

Ulduz futbolçu karyerasını bitirdi - VİDEO

25 İyun 2017 04:58

Türkiyədə növbəti zəhərlənmə qalmaqalı - 10 əsgər...

25 İyun 2017 04:33

Saqqalı qırxan kişi necə dəyişir? - FOTO

25 İyun 2017 04:32

Rusiya mübarizəni dayandırdı -

25 İyun 2017 04:30

“The Black Eyed Peas” qrupu və Nikol Şerzinger Bakıda konsertlə çıxış ediblər FOTOSESSİYA

25 İyun 2017 04:15

Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törədib, 2 nəfər yaralanıb

25 İyun 2017 04:12

Tramp müsəlmanları təbrik etdi

25 İyun 2017 04:09

İranda bir qrup terrorçu saxlanıldı

25 İyun 2017 03:58

Abşeronda yanğın olub

25 İyun 2017 03:50

Çindən tələfat xəbəri gəldi -

25 İyun 2017 03:42

Toyların unikal fotolarını çəkir - FOTO

25 İyun 2017 03:32

İsrail Suriya ordusunu bombalamasının səbəbini açıqladı

25 İyun 2017 02:54

Dənizdə bir nəfər itkin düşdü

25 İyun 2017 02:35

Sehrli aləmlərdəki meşə pəriləri - FOTO

25 İyun 2017 02:32

İsrail Suriyada yaşayış evlərini raket atəşinə tutub, azı 25 nəfər yaralanıb

25 İyun 2017 02:12

Donald Tramp: "Ramazan bayramı bizə mərhəmət, şəfqət və xoşməramlılığın vacibliyini xatırladır"

25 İyun 2017 01:52