Bakı Ali Neft Məktəbində "İlin gənc tədqiqatçısı" müəyyənləşdi

Bakı Ali Neft Məktəbində "İlin gənc tədqiqatçısı" müəyyənləşdi
10:27 12 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbində (BANM) müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr arasında keçirilən "İlin gənc tədqiqatçısı" müsabiqəsinin yekun mərhələsi keçirilib.

Milli.Az xəbər verir ki, müsabiqənin qaydalarına uyğun olaraq, hər bir kafedra tərəfindən son bir il və ya bir il yarım ərzində yerinə yetirilmiş 3 tələbənin elmi işi müsabiqəyə təqdim edilib. Sonrakı mərhələdə rektorun əmri ilə təşkil edilmiş münsiflər heyətinin 9 üzvü, o cümlədən 3 yuxarı kurs tələbəsi tərəfindən həmin işlər ayrı-ayrılıqda qiymətləndirilib. Bu zaman elmi rəhbərlərin münsiflər heyətinin tərkibinə daxil edilməsinə və hər hansı münsifin işlədiyi kafedradan təqdim olunan işlərin qiymətləndirilməsində iştirakına icazə verilməyib. Münsiflərin qiymətləndirilməsinin nəticələrinə görə 3 tələbənin elmi işi müsabiqənin yekun mərhələsinə təqdim edilib.

Yekun mərhələdə qiymətləndirmə rektorun əmri ilə təsdiq edilmiş 5 ekspertdən ibarət komissiya tərəfindən aparılıb. Komissiya üzvləri tələbələrin məruzələrini dinləyib, suallar verib, hər komissiya üzvü fərdi şəkildə təqdimatları qiymətləndirib.

Nəticədə "Kimya mühəndisliyi" ixtisasının 5-ci kurs tələbəsi Nicat Qasımov "Yaşıl nanotexnologiyalardan istifadə etməklə suyun təmizlənməsi" mövzusunda elmi-tədqiqat işinə (elmi rəhbər dosent Əmir Vəxşuri) görə "İlin gənc tədqiqatçısı" elan edilib. "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının 4-cü kurs tələbəsi Leyli Abbasova "Matlab proqram təminatı əsasında neyron şəbəkələrinin layihələndirilməsi" elmi-tədqiqat işinə (elmi rəhbər dosent Nailə Allahverdiyeva) görə müsabiqədə 2-ci , "Kimya-mühəndisliyi" ixtisasının 5-ci kurs tələbəsi Kamran Əliyev "Xəzər dənizində dalğa enerjisinin potensialı" mövzusunda elmi-tədqiqat işinə görə 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqənin qalibi Nicat Qasımov xüsusi diplom və mükafata layiq görülüb, onun məruzəsi BANM-də II Azərbaycan Elm Festivalı çərçivəsində keçirilən elmi-ədəbi-bədii tədbirin proqramına daxil edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR