Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda kişi öz boğazını kəsdi

Bakıda kişi öz boğazını kəsdi

Date: 12 November 2016 10:27

Suraxanı rayonunda özünü öldürmək istəyən şəxs boğazına və ürək nahiyəsinə bıçaq zərbəsi vurub.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Hövsan qəsəbəsi Çöllük küçəsi ev 3-də baş verib.
1963-cü il təvvəllüdlü Dadaşov Dadaş Həsən oğlu hələlik məlum olmayan səbəblərdən qarın və ürək nahiyələrinə bıçaq zərbəsi vurub. Daha sonra isə boğazını kəsib.

Ağır xəsarət alan şəxs yaxınlarının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin müayinəsindən sonra D.Dadaşovun özünə 3 bıçaq zərbəsi vurduğu məlum olub. 
Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində (RPİ) araşdırmalar aparılır.

Milli.Az


Tags:  Bakıda kişi öz boğazını kəsdi

RƏYLƏR


Top news