Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Gizlənpaç"ın qala gecəsində nələr baş verdi? - fotolar

"Gizlənpaç"ın qala gecəsində nələr baş verdi? -  fotolar

Date: 12 November 2016 10:46

Yumor ustası Müşviq Şahverdiyevin “Gizlənpaç” filminin qala gecəsi baş tutub.

Axşam.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində keçirilən tədbirə sənət aləminin tanınmış simaları qatılıb.

Aparıcılığını Şəhriyar Əbilovun etdiyi mərasimdə ekran işində rol alan aktyorlar üçün həyəcanlı anlar yaşanıb. Belə ki, film nümayiş olunmağa başlayarkən, texniki problem baş verib.

M.Şahverdiyev səhnəyə çıxaraq, qonaqlara başına gələn əhvalatlardan danışıb:

“Səhər saçımı düzəltdirmək üçün bərbərə getdim, işıqları yanmırdı. Saç ustamı götürüb başqa salona apardım, orada saçımı düzəltdi. Maşına oturanda qapısı bağlanmadı, onu da düzəltdilər. İndi də texniki problem ortaya çıxdı”.

Problem aradan qaldırıldıqdan sonra romantik komediya janrında olan film nümayiş olunub.

M.Şahverdiyev təəssüratlarını bölüşüb. O, çəkiliş prosesindən söz açıb və yeni film çəkən digər həmkarlarına uğurlar arzulayıb:

“Film yayda 40 dərəcə istidə çəkilib. Bilirik ki, işimizə yaxşı da, pis də deyənlər olacaq. Bu işi görən hamı əziyyət çəkir. Kiminsə işi uğursuz ola bilər”.

“Gizlənpaç”ın digər qəhrəmanı İlkin Miskərli ekran işində öz həyatına uyğun obrazı canlandırdığını vurğulayıb:

“Əvvəl 7 il kloun kimi çalışmışam. Həmin vaxtlar da oğlanlara kirayə ev verilmirdi. Filmdə canlandırdıqlarımı həyatda yaşamışam. Bu işin çətinliklərinə bələdəm".

İdeya və ssenari müəllifi Fariz Əliyevin olduğu filmdə M.Şahverdiyev və İ.Miskərli ilə yanaşı Zümrüd Qasımova, Zarina Qurbanova, Səməd Səfiyarov da çəkilib.

Foto: Ramin ASLANOV

































Tags:  Gizlənpaçın qala gecəsində nələr baş verdi fotolar

RƏYLƏR


Top news