Elzanın himni səhv oxumasına nazirlikdən REAKSİYA - VİDEO

Elzanın himni səhv oxumasına nazirlikdən REAKSİYA - VİDEO
10:48 12 Noyabr 2016
182 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Elza Seyidcahanın himnimizi ifa edərkən sözləri təhrif etməsi səs-küy yaradıb.

Müğənninin bu hərəkəti dövlət rəsmlərini qıcıqlandırıb. Elza Seyidcahanın "Azərbaycan Respublikasının rəsmi dövlət himnini, geyindiyi geyimlər və yığdırdığı qeyri-adi saç düzümləri ilə səhv saldığı"nı deyən millət vəkiliFazil Mustafa bunu dövlət atributuna hörmətsizlik kimi xarakterizə edib.

Mədəniyyət və Turizm Nazirliyindən yol verdiyi xətaya görə müğənniyə zəng gəlib. Himnin bu formada səsləndirilməsinin düzgün olmadığı bildirilərək, sənətçiyə paylaşdığı videonu sosial şəbəkələrdən silməsi deyilib.

Əməkdar artist bu ifasından sonra üzvü olduğu Bəstəkarlar İttifaqında da tənqid olunub.

Müğənni özü isə sözləri təhrif etmədiyini və bilərəkdən bu cür ifa etdiyini bildirərək, özünə bəraət qazandırıb.(xezerxeber.com)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/175648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR