Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Facebook”dan kobud səhv - İstifadəçilərin ölüm xəbərini yaydı

“Facebook”dan kobud səhv - İstifadəçilərin ölüm xəbərini yaydı

Tarix: 12 Noyabr 2016 11:03

“Facebook” sosial şəbəkəsi yüzlərlə istifadəçisinin səhifəsində səhvən ölümləri barəsində qeyd yerləşdirib.

“TASS” xəbər verir ki, bu barədə “Gizmodo” məlumat yayıb.

Məlumata görə, bəzi istifadəçilər qısa müddət ərzində öz səhifələrində yerləşdirilmiş ölüm xəbərini müşahidə edə biliblər. Hətta sosial şəbəkənin təsisçisi Mark Zukerberqdə sözügedən səhvin qurbanı olub.

Sosial şəbəkə rəsmiləri artıq baş verənlərə görə istifadəçilərdən üzr istəyib.

“Bu dəhşətli səhvi artıq aradan qaldırdıq”, - deyə bildirilib.

Qeyd edək ki, 2004-cü il fevralın 4-də yaradılan “Facebook” sosial şəbəkəsinin orta aylıq auditoriyası 1,7 milyard istifadəçi təşkil edir. (qafqazinfo)


Teqlər:  Facebookdan kobud səhv İstifadəçilərin ölüm xəbərini yaydı



RƏYLƏR


Top xəbərlər