Füzuli xalça kombinatının açılışı olub - FOTO

Füzuli xalça kombinatının açılışı olub - FOTO
11:18 12 Noyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 12-də Füzuli rayonunda “Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kombinatın açılışında iştirak edib.

Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, böyük diqqətə səbəb olub. Azərbaycan xalçalarının ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. ASC-nin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, ilkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. Filialın ümumi sahəsi 586 kvadratmetr olan binasında 150 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 150 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Dövlətimizin başçısı kombinatın işçiləri ilə söhbət etdi, iş prosesini izlədi.

Sonda xatirə şəkli çəkdirildi.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İraqın Baş naziri:

17 Avqust 2017 01:34

7 ildir dünyanın ƏN YAXŞISI - MELBURN

17 Avqust 2017 01:33

Çempionlar Liqasında növbəti oyunların NƏTİCƏLƏRİ

17 Avqust 2017 01:24

Filarmoniyaya “Akademik” statusu verildi

17 Avqust 2017 01:19

47 yaşlı kişi döyülərək öldürüldü - Gədəbəydə

17 Avqust 2017 01:14

“Qarabağ” ÇL-in qrupuna düşsə, nə qədər qazanacaq? -

17 Avqust 2017 01:14

Əgər Azərbaycanda basketbol inkişaf etsəydi milli komandalarımız belə olardı – FOTOLAR

17 Avqust 2017 01:03

Əfqanıstanda ABŞ hərbçisi İŞİD-ə qarşı əməliyyat zamanı həlak olub

17 Avqust 2017 01:02

Çempionlar Liqasında "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

17 Avqust 2017 00:47

52 illik müharibə başa çatdı

17 Avqust 2017 00:45

Mayk Pens: “Ümid edirik ki, Latın Amerikası ölkələri də KXDR ilə əlaqələri kəsəcəklər”

17 Avqust 2017 00:43

"Qəbələ"dən gedən ispan Polşa klubunda

17 Avqust 2017 00:37

“Kopenhagen” UEFA-ya şikayət etdi

17 Avqust 2017 00:34

Naxçıvan əhalisinın sayı artıb

17 Avqust 2017 00:32

12 ay ərzində 26 milyon qazandı - İLİN ƏN YÜKSƏK GƏLİRLİ aktrisası oldu

17 Avqust 2017 00:28

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına akademik statusu veriləcək

17 Avqust 2017 00:22

Yumurta qalmaqalı Avropanı bürüyür

17 Avqust 2017 00:17

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08

"Qarabağ"dan Embaloya 2 milyon avro

16 Avqust 2017 23:58

Syerra-Leonedə 100 uşaq daşqın və sürüşmələrin qurbanı olub

16 Avqust 2017 23:57

Ən çox qazanan aktrisa kimdir?

16 Avqust 2017 23:49

İbn Sinanın da istifadə etdiyi KÜNCÜT YAĞININ FAYDALARI

16 Avqust 2017 23:48

Neftimiz ucuzlaşıb

16 Avqust 2017 23:39

Tacikistan məktəblərində hicab, saqqal və cins qadağan edildi

16 Avqust 2017 23:34

İnsan beyni haqda çox maraqlı faktlar - İNANILMAZ

16 Avqust 2017 23:28

VİDEO: Bakıda gənc qız küçədə erotik rəqs etdi

16 Avqust 2017 23:21

Lənkəranda maşın 48 yaşlı kişini vurdu

16 Avqust 2017 23:19

Pilotsuz dəniz nəqliyyatı - sınaqlar 2018-ci ildə başlanacaq

16 Avqust 2017 23:18

Çavuşoğlu xəbərdarlıq etdi -

16 Avqust 2017 23:16

Füzuli rayonunda əl qumbarası tapılıb

16 Avqust 2017 23:07

İspaniyanın sahil mühafizə xidməti 600-ə yaxın miqrantı xilas edib

16 Avqust 2017 23:02

Evləndiyi qadın dələduz çıxdı: Türkiyə vətəndaşı onu axtarır - VİDEO

16 Avqust 2017 22:58

Lənkəranda naməlum sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

16 Avqust 2017 22:52

"Kopenhagen" klubu "Qarabağ"ın kapitanından UEFA-ya şikayət edib

16 Avqust 2017 22:47

Türkiyə Almaniyaya nota verdi

16 Avqust 2017 22:37

Ronaldo ilə bağlı şikayət rədd edildi

16 Avqust 2017 22:34

"Real"ın apellyasiya şikayəti RƏDD EDİLDİ

16 Avqust 2017 22:33

ABŞ-da dərman maxinasiyası ilə məşğul olan erməni cinayətkar qruplaşmasının üzvləri həbs edilib

16 Avqust 2017 22:22

Hərbi helikopter qəzaya uğradı - 5 nəfər itkin düşdü

16 Avqust 2017 22:18

“WhatsApp”, “Viber” və “Telegram” messencerlərini vahid çatda birləşdirən proqram hazırlanıb

16 Avqust 2017 22:16

Tanınmış aparıcı "Xəzər"dən qovuldu -

16 Avqust 2017 22:16

Saakaşvili Ukrayanaya qayıdacağı tarixi açıqladı

16 Avqust 2017 22:14

Ağdam sakini zəhərli ilanı həyətində bəsləyir – VİDEO

16 Avqust 2017 22:03

Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıdacaq

16 Avqust 2017 22:02

6 otaqlı ev əşyaları ilə birgə yandı - Göygöldə

16 Avqust 2017 21:59

"Real"ın apellyasiya şikayəti rədd edildi

16 Avqust 2017 21:55

“Milan”ın futbolçusu İspaniya klubuna keçdi

16 Avqust 2017 21:48

İlan 8 yaşlı uşağın başından sancdı - Göyçayda

16 Avqust 2017 21:34

Qəbələdə 68,5 min ton taxıl məhsulu tədarük edilib

16 Avqust 2017 21:33

Polşalı rəsmilər Azərbaycandan dəstək istədi

16 Avqust 2017 21:28