Futbol üzrə Azərbaycan yığmasını Belfasta aparan təyyarə bu gün Bakıya qayıdacaq

Futbol üzrə Azərbaycan yığmasını Belfasta aparan təyyarə bu gün Bakıya qayıdacaq
11:22 12 Noyabr 2016
77 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisini Şimali İrlandiya ilə oyun üçün Belfast şəhərinə aparan AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsi yaxın saatlarda Bakıya yola düşəcək.
Bunu "Report"a AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə, təyyarədə yaranan texniki nasazlıq aradan qaldırılıb. Nəticədə Bakı - Belfast - Bakı marşrutu ilə hərəkət edən təyyarə təxminən saat 13:00 radələrində Belfast aeroportundan havaya qalxacaq.
Qeyd edək ki, futbol üzrə Azərbaycan yığması 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə oyundan dərhal sonra Bakıya qayıtmalı olsa da, təyyarədəki texniki nasazlıq səbəbindən uçuş təxirə salınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futbol-uzre-azerbaycan-yigmasini-belfasta-aparan-teyyare-bu-gun-bakiya-qayidacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR