Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nişanlısının sözünə görə özünü bıçaqladı - Göygöldə QANLI HADİSƏ

Nişanlısının sözünə görə özünü bıçaqladı - Göygöldə QANLI HADİSƏ

Date: 12 November 2016 11:27

Göygöl rayonunda 32 yaşlı kişi intihara cəhd edib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Xəqani kəndində qeydə alınıb. 

Kənd sakini, 1984-cü il təvəllüdlü Vüsal Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Qarın nahiyəsindən bir neçə bıçaq xəsarəti alan Vüsal Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. 

İlkin araşdırmalar zamanı məlum olub ki, Vüsal Məmmədov özü-özünə xəsarət yetirib. Onun nişanlısı ilə mübahisəsi olub. Qız oğlanı sevmədiyini, nişanı qaytaracağını deyib. Bundan əsəbləşən Vüsal özünə xəsarət yetirib.  

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Nişanlısının sözünə özünü bıçaqladı Göygöldə QANLI HADİSƏ

RƏYLƏR


Top news