Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putin siyasəti tərk edir: “Dərin Rusiya”nın 2017-ci il SSENARİSİ

Putin siyasəti tərk edir: “Dərin Rusiya”nın 2017-ci il SSENARİSİ

Date: 12 November 2016 11:33

2017-ci ildə Rusiya prezidenti Vladimir Putin səhhətindəki problemlərə görə postunu tərk edəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası Kremlə yaxın mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, 64 yaşındakı Putin səhhətindəki problemlərlə yanaşı, Qərb ölkələri ilə yaranmış münasibətlərin düzəlməsi üçün də prezident postunu təhvil verəcək.

Moskva Dövlət Universitetinin professoru Valeri Soloveyin də fikirlərinin yer aldığı xəbər üç saat sonra silinib.

V.Solovey isə fikirlərini sosial mediada paylaşıb. O, Putinin 2017-ci ildə gedəcəyinin dəqiq olduğunu bildirib.

Putinin yerinə isə ya Dmitri Medvedyev, ya da Aleks Dyumin gələ bilər. Kreml bu xəbəri şərh etməkdən imtina edib.

Asif


Tags:  Putin siyasəti tərk edir Dərin Rusiyanın 2017-ci il SSENARİSİ


RƏYLƏR


Top news