Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Smartfonlar daha sürətli enerji toplayacaq

Smartfonlar daha sürətli enerji toplayacaq

Date: 12 November 2016 11:35

Yeni “Quick Charge 4.0” texnologiyası sayəsində mobil qurğular daha sürətlə enerji toplayacaq.
“Fudzilla” nəşrinin məlumatına görə, ABŞ-ın “Qualcomm” şirkəti yeni nəsil “Quick Charge” texnologiyasını təqdim etməyə hazırlaşır.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Quick Charge 4.0” standartı cərəyanın gücü 4.7-5.6 amper olduqda 5 voltadək, 3 amper olduqda 9 voltadək gərginlik verəcək. Gərginliyi belə yüksək qiymətə qaldırmaqla verilən cərəyanın gücünü asanlıqla artırmaq mümkün olacaq, amma bu üsul gərginliyin batareyanın hesablandığı səviyyəyə enməsi zamanı böyük miqdarda istiliyin ayrılması ilə nəticələnir. Təkmilləşdirilmiş “Intelligent Negotiation for Optimum Voltage” texnologiyası bu problemi həll etməlidir.

“Quick Charge 4.0” dəstəkli ilk smartfonlar 2017-ci ilin birinci rübündə satışa çıxarılacaq.

Emil Hüseynov



Tags:  Smartfonlar sürətli enerji toplayacaq


RƏYLƏR


Top news