İnsan həyatının müəyyən mərhələsində qəfildən ömürdən sanki bir qara zolaq keçir.
Hər şey əldən çıxır., işlər pis gedir, əhval-ruhiyyə də
parıldamır. İnsanlar bunun səbəbini axtarır, bu uğursuzluğun nədən
baş verdiyini anlamağa çalışırlar. Çavab var! Ola bilər ki,
insanlar öz əlləri ilə özlərini neqativ əşyalarla əhatələyirlər. Bu
isə istər-istəməz xaosa gətirib çıxarır. Harmoniyanı bərpa etmək
üçün bu 10 əşyadan imtina etmək lazımdır:
1. “Ölü“ əşyalar
Söhbət müxtəlif qurudulmuş çiçəklər, ölmüş heyvanların müqəvvası,
hətta balıqqulağı. Əgər siz təbii gülləri sevirsinizsə, onların
solmamasına diqqət edin. Balıqqulaqlarının vaxtaşırı təmizlənməsi
lazımdır. Bu, pis auranın yaratdığı problemlərdən qaçmaq
üçündür.
2. Təbii fəlakətlərin əks olunduğu şəkil və
fotolar
Söhbət yalnız böyük fəlakətlərdən getmir. Güclü yağışın, qarın və
digər pis hava şəraitinin təsvir olunduğu şəkillər sizdə mənfi
emosiyalar yaradır.
3. Tayı olmayan əşyalar
Əgər sizdə eyvanda nə zamansa xoşladığınız, indi tayının olmadığı
tək bir xizək və ya krossovka varsa hər şey tamamdır. Onu zibilliyə
atmaq lazımdır, yoxsa problemdən xilas ola bilməyəcəksiniz.
4. Dayanmış saatlar
Bu, çox pis əlamətdir. Ona görə də çalışın ki, evinizdəki bütün
saatlar işləsin. Yox, əgər onları düzəltmək mümkün deyilsə atın
getsin.
5. Qırıq süpürgə
Evinizdə təmizlik apardığınız nə varsa hamısı qaydasında olmalıdır.
Əgər sizin süpürgəniz artıq tökülürsə təzəsini almaq lazımdır.
Yoxsa maliyyə itkiniz olacaq. Əlamətlər belə deyir.
6. Müsbət emosiyalar yaratmayan fotolar
Sizdə neqativ yaradan nə varsa hamısı evdən atılmalıdır. Bu,
olduqca məntiqli qaydadır.
7. Cibdə, pul kisəsində və çantada olan xırda
zibil
Necə deyərlər, xırdalıqlardan böyük problemlər yaranır. Əgər
evinizdə harmoniyanın hökmranlıq etməsini istəyirsinizsə bütün
əşyalarınızı qaydasında saxlamağa çalışın.
8. 3 ildən artıq işlətmədiyiniz bütün əşyalar
Onlar durğunluq enerjisi toplayırlar. Ona görə də sizin ətrafınızda
demək olar ki, hər şey dayanır. İstifadə etməyəcəyiniz əşyaları
saxlamayın.
9. Sınmış şüşələr
Onlar müdafiədə zədələnməni simvolizə edir. Ona görə də diqqət
etmək lazımdır ki, güzgü, qab və digər sınan əşyalar bütöv
olsun!
10. Köhnə əşyalar
Əgər siz köhnə geyiminizi ata bilmirsinizsə, onu xeyriyyə məqsədilə
kiməsə verin. Geymədiyiniz paltarı saxlamayın.
(Qaziler.az)