Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məktəb bufetlərinə kim nəzarət edir? - AÇIQLAMA

Məktəb bufetlərinə kim nəzarət edir? - AÇIQLAMA

Date: 12 November 2016 12:12

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında iaşə xidməti Nazirlər Kabinetinin "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında" Qərarına uyğun olaraq aparılır və nəzarətdə saxlanılır.

Milli.Az bildirir ki, bu barədə azvision.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Məlumatda qeyd edilib ki, məktəb bufet və yeməkxanalarına nəzarət işi mütəmadi olaraq yerinə yetirilir.

Həmçinin bildirilib ki, məktəb bufet və yeməkxanalarının fəaliyyətinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə bağlanmış müqavilə çərçivəsində iaşə xidməti göstərən müvafiq müəssisələr məsuliyyət daşıyır.

Milli.Az


Tags:  Məktəb bufetlərinə kim nəzarət edir AÇIQLAMA

RƏYLƏR


Top news