Klintonun "sağ əli": "Mənə İslam kömək etdi" - FOTO

Klintonun "sağ əli": "Mənə İslam kömək etdi" - FOTO
12:42 12 Noyabr 2016
148 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da keçirilmiş prezident seçkilərində uduzmuş Hillari Klintonun qərargahı və komandası depressiyadadır.

Sabiq dövlət katibinin şəxsi köməkçisi Huma Abidin dünən Nyu-Yorkun Bruklin səmtində, H.Klintonun seçki qərargahının qarşısında olanda ağlayırdı.

Milli.Az ABC-yə istinadən bildirir ki, demokrat konqresmen Entoni Vinerin xanımı, 41 yaşlı Huma Abidin reportyorların suallarını cavablamaq istəməyib.

O, srağagün "Vouge" jurnalına verdiyi açıqlamasında deyib: "Ağır vəziyyətdəyəm. Üstəlik, ərimlə bağlı seks-qalmaqal, Federal Təhqiqat Bürosunun araşdırmaları bərpa etməsi - bütün bunlar asan məsələlər deyil. Bu ağır vaxtda məni yaxın dostlarım və həmkarlarım dəstəklədi. Amma ən böyük köməyim İslam oldu".

Huma Abidinin atası pakistanlı, anası hindistanlıdır. Onun əri, 52 yaşlı Entoni Viner yəhudidir.

Abidinlə Viner 2010-cu ilin iyulun 10-da evləniblər.

Entoni Viner 2011-ci ildə böyük qalmaqalın "ulduz"una çevrilmişdi. Onun 6 qadına Twitter vasitəsilə yarıçılpaq fotolar yolladığı bəlli olub.

Milli.Az


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR