Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev cəbhə xəttinə gedib, düşmənin mövqelərini izləyib

Prezident İlham Əliyev cəbhə xəttinə gedib, düşmənin mövqelərini izləyib

Prezident İlham Əliyev Saatlıda (28 Mart 2017 10:33)
Prezident və xanımı Novruz şənliyində iştirak edib (18 Mart 2017 10:44)
Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik etdi (16 Mart 2017 18:08)

Tarix: 12 Noyabr 2016 12:42

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 12-də Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.
"Report" xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Ali Baş Komandan İlham Əliyev komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izləyib.
Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.
Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.
Dövlət başçısı hərbçilərlə görüşüb və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış edib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib.







Teqlər:  Prezident İlham Əliyev cəbhə xəttinə gedib düşmənin mövqelərini izləyib



RƏYLƏR


Top xəbərlər