Azərbaycanda "ölü"nün "mülkü"ndən oğurluq etdilər

Azərbaycanda "ölü"nün "mülkü"ndən oğurluq etdilər
12:52 12 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda qəbiristanlıqda oğurluq olub.

Milli.Az APA-ya istindən bildirir ki, hadisə ötən axşam şəhərin Cavadxan küçəsində yerləşən mərkəzi qəbiristanlığında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər qəbiristanlığın yenicə çəkilmiş hasarın 50 metrlik hissəsini sökərək materialları aparıblar. Hadisə barədə ətraf ərazidə yaşayan sakinlər bu gün səhər saatlarında xəbər tutublar.

Sakinlərin sözlərinə görə, əvvəllər də qəbiristanlığın müəyyən hissəsinə çəkilməsi üçün alınmış dəmir konstruksiyalı 30-dan çox hasar layları naməlum şəxslər tərəfindən  avtomobilə yüklənərək oğurlanıb.
 
Faktla bağlı polisə məlumat verilib. Hadisə törədənlərin tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR