Trampın Amerikası ekstrasenslərin gözündə: “Bir gecə hamı yuxuda ikən...”

Trampın Amerikası ekstrasenslərin gözündə: “Bir gecə hamı yuxuda ikən...”
12:58 12 Noyabr 2016
160 Maraqlı
Ölkə mətbuatı
A- A+

Donald Tramp 279 səslə Amerika Birləşmiş Ştatlarının prezidenti seçildi və ABŞ-ın bir neçə ştatında vəziyyət qarışdı. Prezidentliyə digər namizəd Hillari Klinton seçkinin nəticələrini tanısa da, ABŞ əhalisinin bir hissəsi bunu qəbul etmir.

Belə ki, Sietldə milyarder Donald Trampa qarşı keçirilən mitinqdə atışma baş verib. Nəticədə 4 nəfər yaralanıb. Ağ evin önündə də vəziyyət gərginləşib. Onlarla insan “Rasizmi dəstəkləməyin” deyə etiraza qoşulub. Ən güclü qarşıdurma Kaliforniya və Oreqonda qeydə alınıb. Yüzlərlə insan küçəyə çıxaraq “Tramp bizim prezident deyil” şüarı ilə aksiya keçirib və müstəqillik tələb ediblər. Bütün bunların fonunda milyarderin tərəfdarları da boş dayanmayıb. Onlar Manhettendə küçəyə çıxaraq Trampa dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, yayılan məlumatlarda həmçinin bildirilir ki, 35 milyon ABŞ əhalisi qeydiyyata alınmadığını iddia edir. 320 milyon əhalisi olan ABŞ üçün 35 milyon səsvermə hüququ olan şəxs əslində çox böyük rəqəmdir.

Bütün bu baş verənlər əsasən mistik proqnozları ilə dünyaya tanınan Vanqanın dediklərini xatırladır. Vanqa ABŞ-ın son prezidentinin qaradərili olacağını və ondan sonra heç kimin ABŞ prezdienti olmayacağını deyib. Bu isə o anlama gəlir ki, hazırki prezident Barak Obamadan sonra ABŞ-a heç kim rəhbərlik etməyəcək.

Rusiyanın tanınmış ekstrasensi Mariya İvanovna Donald Trampın prezident olduğu dövrdə ABŞ-ı gözləyən hadisələrlə bağlı bildirib ki, bəşəriyyəti qiyamətə məcbur edənlər Donald Trampı seçdilər:

“Bu, böyük bir yalnışdır, bu, dünyanı cəzalandırmaqdır. Yer kürəsi böyük fəlakətin astanasına çatdı. Qarşıdakı 4 ildə dünya əhalisinin sayı 7 milyarddan 6 milyard 500 milyonadək azalacaq. Amma bu dəfə Şərq Qərbə öz qanlı çomağını batıracaq. Amerika partlayışlarla silkələnəcək, bu, bir gecə baş verəcək, hamı yuxuda ikən. Şərqliləri buna o məcbur edəcək, onun zəhərli dili ölkəsinə zərər verəcək. Şərqdən olan bu hücum Rusiyanı ruhlandıracaq. Balkan, Baltikyanı dövlətlər və Finlandiya ruslar tərəfindən işğal olunacaq. Növbə Qafqaz və İrana çatacaq. Avropada yaranmış qarışıq vəziyyətdən istifadə edən millətçilər Almaniya və İtaliyada hakimiyyətləri ələ keçirəcəklər. “Qırmızı qasırğa” Fransadan da yan keçməyəcək, kommunistlər iqtidarı işğal edəcəklər.

Sarsılmış Amerika Avropaya yardım edə bilməyəcək. Dünyanın çox yerində nasistlər və kommunistlər üsyana başlayacaqlar. “Qasırğa” Böyük Britaniyanı vuracaq. Krallıq parçalanacaq və əzəmətini itirəcək. Çin qonşularının evlərinə girəcək. Hamı sülh istəyəcək, amma dünyanın hər yerini müharibələr bürüyəcək. Aralıq dənizi qırmızıya boyanacaq. Qanlı xəncər Yaxın Şərqdə yerə basırılıb və bu, çox dəhşətli olacaq. İnsanlar bunlara inanmaq istəməyəcəklər. Hər yerdə qarışıqlıq və çevriliş var. Qitə vəba və aclıq içərisindədir. Çayır otları qida kimi yeyiləcək. Yer kürəsi cəsədlərlə doludur. İnsanlar evlərini qorxu içində tərk edəcəklər. Cəsədlər qatarlarla daşınacaq və kütləvi məzarlarda dəfn ediləcək. Nə gəmilər, nə də qatarlar işləyəcəklər. Avtomobillər də sıradan çıxacaq. Zavod və fabriklər fəaliyyətlərini dayandıracaq. İnkişaf yoxa çıxacaq”.

Tanınmış azərbaycanlı astroloq Səbuhi Rəhimli isə bildirib ki, senssasiya yaratmaq üçün bu cür iddialar ortaya atılır.

Onun sözlərinə görə, Tramp ən az 1 dönəmin sonuna qədər prezident olacaq:

“Barak Obama da ilk dəfə prezident olanda dünya mediası yazırdı ki, ABŞ-da irqçilik çox güclüdür və onlar qaradərili prezidenti qəbul etmirlər. O zamanlar da ABŞ-da milyonluq etiraz aksiyaları keçirildi. Mən o zaman da açıqlama verdim ki, ABŞ-da heç nə baş verməyəcək və Barak Obama 2 dönəm də prezident olacaq. İndidə Trampı prezident kimi o kürsüyə gətirən adamlar onun qorunmasının da yollarını bilirlər. Yenə də heç nə baş verməyəcək.

Tramp ən az 1 dönəm axıra qədər prezident olacaq. Yəni hər hansı bir sui-qəsd və bunabənzər hadisələr baş verməyəcək. ABŞ-da gedən etiraz aksiyaları da boş hay-küydən başqa bir şey deyil. Vanqanın dediyinə gəlincə, mən açığı elə bir fikirnən qarşılaşmamışam. Amma o deyib ki, axırıncı ABŞ prezidenti qaradərili olacaq. Barak Obama isə hələ birincidir. Bundan sonra ABŞ-da ola bilər ki, 10-15 qaradərili prezident olsun. Çünki artıq ABŞ-da qaradərilərin sayı artır və hüquqları da qorunur. Sadəcə olaraq senssasiya yaratmaq üçün bu cür iddialar ortaya atılır”. (cebhe.info)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/175658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR