MBNP-nin sədri Azərbaycanda səfərdə olan Dünya Bankının texniki yardım missiyasını qəbul edib

MBNP-nin sədri Azərbaycanda səfərdə olan Dünya Bankının texniki yardım missiyasını qəbul edib
13:02 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda səfərdə olan baş iqtisadçı Naoko Kojonun rəhbərlik etdiyi Dünya Bankının makroiqtisadiyyat üzrə texniki yardım missiyasını qəbul edib.
"Report"un MBNP-dan verilən məlumata görə, ölkənin mövcud makroiqtisadi durumu və inkişaf perspektivlərinə dair keçirilmiş görüşdə Azərbaycan iqtisadiyyatının əsas meylləri müzakirə edilib. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi məqsədilə aparılan islahatlardan söz açan N.Kojo DB-nin bu sahədə Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazır olduğunu bildirib.
Görüşdə əsasən iqtisadi islahatların gedişi və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində atılan addımların müzakirəsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/mbnp-nin-sedri-azerbaycanda-seferde-olan-dunya-bankinin-texniki-yardim-missiyasini-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR