Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məscid mühasirəyə alındı: 200 vəhhabi saxlanıldı

Məscid mühasirəyə alındı: 200 vəhhabi saxlanıldı

Date: 12 November 2016 13:05

Dünən Dağıstanın Xasavyurt rayonundakı məscid polis tərəfindən mühasirəyə alınıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "Qafqaz İmarəti"nə yaxınlığı ilə seçilən "Kavkazçenter" portalı yayıb. Sayt polisin mühasirəyə aldığı məscidin sələfilərə aid olduğunu bildirib.

Bundan sonra məsciddəki sələfilərin həbsi başlayıb. 200 nəfər saxlanılaraq polis idarəsinə gətirilib. Onların əl izləri götürülüb, fotoları çəkildikdən sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, son günlər Rusiya Şimali Qafqaz, xüsusilə Dağıstanda dini qruplara qarşı fəaliyyətini artırıb. "Qafqaz İmarəti"nin bölgədə zəifləməsi və yerini İŞİD-in tutmağa başlaması, Moskvanın fəallaşmasına şərait yaradıb.

Milli.Az


Tags:  Məscid mühasirəyə alındı 200 vəhhabi saxlanıldı

RƏYLƏR


Top news