İstirahət gününün HAVAsı

İstirahət gününün HAVAsı
13:05 12 Noyabr 2016
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Abşeronda bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-19° isti olacaq.

Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR