Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Donald Trampın qalib gəlməsi Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdı”

“Donald Trampın qalib gəlməsi Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdı”

Date: 12 November 2016 13:12

Milli.Az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov-un ABŞ-dakı prezident seçkilərinin nəticələri və onun Azərbaycan üçün nə kimi əhəmiyyətindən danışıb:

"Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ-da keçirilən president seçşkilərində qalib gəlməsi və bunun Ağ Evin xarici ölkələrlə siyasi münasibətlərinə, o cümlədən, qlobal iqtisadi proseslərə təsiri müzakirə olunmaqdadır. ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampın Respublikaçılar Partiyasını təmsil etməsi və onun ölkəmizlə müəyyən əlaqələrinin olması Azərbaycan-ABŞ münasibətləri fonunda diqqət çəkir. 

ABŞ-dakı seçkilərin nəticələrini şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov hesab edir ki, Azərbaycan hər zaman ABŞ üçün xüsusi önəm daşıyıb: "Donald Trampın qalib gəlməsi və Respublikaçılar Partiyasının həm Nümayəndələr Palatası, həm də Senata nəzarət etməsi ABŞ-ın xarici siyasətində müsbətə doğru dəyişikliklərin olacağını ehtimal etmək olar. Son 8 ildə hakimiyyətdə olmuş Demokratlar Partiyası demokratiya adı altında başqa ölkələrin daxili işlərinə müdaxilə edib, bir çox QHT-ni maliyyələşdirməklə dövlətlərin siyasətinə təsir etmək istəyiblər. İğtişaşlar, çevrilişlər və bu kimi hallar Demokratlar Partiyasının xarici siyasətində xüsusi rol oynayıb. Trampın açıqlamalarından da görürük ki, Respublikaçılar Partiyası daha çox daxili problemlərə diqqət yetirəcəklər. Eyni zamanda yeni hökumət Amerikanın dostlarını narahat edən məsələlər barədə ehtiyatlı siyasət yürüdə bilər. Ölkələrin daxili işlərinə qarışmamaqla dostluq, əməkdaşlıq əlaqələrini davam edirəcəklərini bildirirlər. Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın daha ətalətli mövqe ortaya qoymasına ehtiyac var. Bilirsiniz ki,ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Azərbaycan prezidenti də Donald Trampa ünvanlandığı təbrik məktubunda Trampın prezident seçilməsinin ABŞ-ın Minsk qrupundakı fəaliyyətinə aktivlik gətirəcəyinə inam ifadə olunub". 

Rufiz Qonaqov hesab edir ki, enerji, nəqliyyat dəhlizlərinin inkişafı və təhlükəsizlik sahələrində Azərbaycanla sıx əməkdaşlıq edən ABŞ bu əlaqələri daha da gücləndirməkdə maraqlı görünür: "Düşünürəm ki, Respublikaçıların qələbəsi ABŞ-dakı bəzi ermənipərəst qüvvələrin mövqelərini zəiflədəcək. Etiraf edək ki, Demokratlar Partiyası hakimiyyətdə olan müddətdə ABŞ-dakı erməni lobbisi xeyli fəallaşıb, Azərbaycan və Türkiyə əleyhinə ciddi kampaniya aparıblar. Bu kampaniyalar nəticəsində Azərbaycan və Türkiyənin ABŞ-la münasibətləri hətta müəyyən mərhələdə gərginləşib. Bir məqamı da diqqətə çatdırmaq istəyirəm. Bu kimi xoşagəlmaz hallara son qoyulacağını, bundan sonra münasibətlərin yeni ruhda inkişaf edəcəyini düşünürəm ABŞ-dakı seçkilərin nəticələri Ermənistan və tərəfdarları üçün məyusedici oldu. Çünki ermənilərin dostları sayılan Bob Dold, Mark Kirk və digərləri seçkilərdə məğlub oldular. Ermənistan mətbuatına nəzər saldıqda onların necə məyus olduqlarını açıq görmək olur. Ölkəmiz əleyhinə qəbul olunmuş "Azərbaycanda demokratiya üzrə Akt"la məşhur olmuş Cozef Hek də bu dəfə seçilə bilmədi. Müçahidələr də göstərir ki, Azərbaycan-ABŞ münasibətləri Respublikaçıların dövründə daha güclü olub. Corc Buş və atası Ceb Buşun zamanında münsibətlərimiz yaxşı olub. Donald Trampın Azərbaycanla bağlı həm də şəxsi iqtisadi maraqları var. Azərbaycandakı investisiya mühiti milyarder Donald Tramp üçün həmişə cəlbedici olub. Bütün hallarda Trampdan gözləntilərimiz çoxdur. Donald Tramp hökumətinin Azərbaycanla səmərəli əməkdaşlığına ümid edirik. Hesab edirəm ki, Donald Trampın qalib gəlməsi Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açacaq".

Milli.Az


Tags:  Donald Trampın qalib gəlməsi Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdı

RƏYLƏR


Top news