Bu serial bağlana bilər - dünənin reytinqi

Bu serial bağlana bilər - dünənin reytinqi
13:21 12 Noyabr 2016
402 Şou
Ölkə mətbuatı
A- A+

Baş rollarında Əmrah və Burcu Kıratlının olduğu "Aşk ve Mavi" serialı ikinci həftədə də "Total" reytinqdə "Kiralık aşk"ı geridə qoyub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Kiralık aşk" isə həmin reytinqdə bir qədər də geriləyərək 7-ci pillədə qərarlaşıb. Günün lideri isə "Arka sokaklar" olub.

"AB" reytinqdə isə seriallar arasında ən çox izlənən "Kiralık aşk" olub. Lakin "Total", yəni ümumi reytinqdə olan geriləmə serialın final seriyasını yaxınlaşdırır. Hələ ki, telekanal və ya ekran işini çəkən şirkət bununla bağlı açıqlama verməyib.

Günün ən uğursuz serialı isə yayım gününü dəyişdirən "Bana sevmeyi anlat" olub. Layihə 17-ci pilləyə qədər geriləyib. İddialara görə Kadir Doğulu və Seda Bakanın baş rolda olduğu serial mövsümün sonuna qədər davam etməyəcək.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60998

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR