Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib

Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib
13:27 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Palatadan "Report"a daxil olan məlumata görə, iclasda dövlət büdcəsindən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə və onun tabeliyində olan müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üzrə özəlləşdirmədən daxilolmaların təhlilinin nəticələri, dövlət rüsumları üzrə büdcə daxilolmalarının proqnozlaşdırılması, hesablanması və ödənilməsi vəziyyəti ilə bağlı təhlilin nəticələri, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Siyəzən rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.
Kollegiyada Hesablama Palatasının 2016-cı il İş Planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiq olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/hesablama-palatasinda-novbeti-kollegiya-iclasi-kecirilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR