Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Arda Turan sevgilisinin bacısına dəstək oldu

Arda Turan sevgilisinin bacısına dəstək oldu

Date: 12 November 2016 13:51

Futbolçu Arda Turan yenidən xeyirxah əməli ilə gündəmə gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 2015-ci ilin mayından Aslıhan Doğanla sevgili olan, tez-tez ayrılıq xəbərləri ilə gündəmə gələn Arda gələcək baldızına dəstək olub.

O, Aslıhanın bacısı Dilahanın sosial layihə çərçivəsində diabet xəstəsi olan uşaqlar üçün satdığı tabloların yarısını alıb.

Ardanın bunun üçün tabloların satış qiymətindən qat-qat çox məbləğ ödədiyi məlum olub. Futbolçu bununla sevgilisi ilə probleminin olmadığını, onun ailəsi ilə yaxınlığını nümayiş etdirib.


Tags:  Arda Turan sevgilisinin bacısına dəstək oldu

RƏYLƏR


Top news