Rusiyadan Azərbaycana qanunsuz gətirilən siqaret partiyası aşkarlanıb

Rusiyadan Azərbaycana qanunsuz gətirilən siqaret partiyası aşkarlanıb
13:52 12 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Rusiya istiqamətindən Azərbaycanın Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan  vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. 
Dövlət Gömrük Komitəsindən "Report"a daxil olan məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və yük yerindən gömrük nəzarətində gizlədilən 17 400 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/rusiyadan-azerbaycana-qanunsuz-getirilen-siqaret-partiyasi-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR