Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rumıniya-Polşa oyununda futbolçu təhlükə ilə üzləşib

Rumıniya-Polşa oyununda futbolçu təhlükə ilə üzləşib

Date: 12 November 2016 13:52

Bakı. 12 noyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsinin IV turunda RumıniyaPolşa komandaları arasında keçirilən görüşdə qonaqların futbolçusu Robert Levandovski təhlükə ilə üzləşib.
"Report"un məlumatına görə, oyunun 54-cü dəqiqəsində azarkeşlərdən biri meydana səs bombası atıb.
R.Levandovski yerdə olan səs bombasını baş hakimə göstərən zaman partlayış olub və futbolçu yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra futbolçu oyuna qoşula bilib.
Qeyd edək ki, görüş Polşanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan ikisi R.Levandovskinin aktivinə yazılıb.


Tags:  Rumıniya-Polşa oyununda futbolçu təhlükə üzləşib

RƏYLƏR


Top news