Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov 24 yaşlı modeli özünə müavin təyin edib.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Anastasiya Deyeva Avakovun avrointeqrasiya məsələləri üzrə müavini olub.
Anastasiyanın Facebook sosial şəbəkəsində yazılan məlumata görə, xanım müavin ikisi Böyük Britaniyada olmaqla beş müxtəlif məktəbdə təhsil alıb.
O evlidir. İxtisasca politoloqdur.
Ukrayna DİN-də aparılan islahatlara qədər Stokholmda yaşayıb, yaşıl texnologiyalarla məşğul olub. Hazırda o, müqavilə əsasında Ukrayna DİN-ində işləyir.
Milli.Az