Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyadan 17 min siqaret gətirirdi, "ilişdi"

Rusiyadan 17 min siqaret gətirirdi, "ilişdi"

Date: 12 November 2016 13:57

Rusiya Federasiyası  istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına  daxil olan  Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və yük yerindən gömrük nəzarətində gizlədilən 17 400 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Rusiyadan 17 min siqaret gətirirdi ilişdi

RƏYLƏR


Top news