Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

KİV: Əfqanıstanın xarici işlər naziri vəzifədən azad olunub

KİV: Əfqanıstanın xarici işlər naziri vəzifədən azad olunub

Date: 12 November 2016 14:02

Bakı. 12 noyabr. REPORT.AZ/ Əfqanıstan parlamenti effektsiz fəaliyyətə görə 3 naziri vəzifədən azad edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, işdən çıxarılanlar arasında xarici işlər naziri Səlahəddin Rabbani də var.
XİN başçısı ilə barəbər ictimai əhəmiyyətli obyektlər üzrə nazir və əhalinin sosial təminatı naziri də vəzifədən azad olunublar. 
Məlumata görə, həmin nazirlər dövlət büdcəsindən rəhbərlik etdikləri qurumlara ayrılan vəsaiti vaxtında və səmərəli formada xərcləyə bilməməkdə ittiham olunurlar. 
İşdən çıxarılan üç nazirin yerinə təyin olunacaq şəxslərin siyahısı Əfqanıstan prezidentinə təqdim olunub.


Tags:  KİV Əfqanıstanın xarici işlər naziri vəzifədən azad olunub

RƏYLƏR


Top news